
Bakı. Trend:
İranda antibiotiklər və sonsuzluğun müalicəsində istifadə olunan
preparatlar da daxil olmaqla bir sıra dərman vasitələrinin qıtlığı
qeydə alınıb.
Trend xəbər verir
ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Agentliyin məlumatına əsasən, apteklərdə “Cldinium-C”,
“Asentra”, bəzi antibiotiklər və süni mayalanma (EKO) zamanı
istifadə olunan estradiol valerat preparatı çatışmır.
Dərman qıtlığı fonunda preparatların qiyməti kəskin artıb. Belə
ki, rəsmi qiyməti təxminən 840 min rial olan “estradiol valerat”
qeyri-rəsmi bazarda 5–17 milyon riala satılır.

