Londonda etiraz aksiyaları – 31 nəfər saxlanıldı

Baş səhifə

Böyük Britaniyanın paytaxtı Londonda şənbə günü keçirilən iki etiraz aksiyasında 31 nəfər saxlanılıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, saxlanılmalar ictimai asayişin təmin olunması əməliyyatı zamanı keçirilib.

Polis ciddi insidentin qeydə alınmadığını açıqlayıb.

Qeyd edək ki, bu gün Londonda vətənpərvər “Unite the Kingdom” (Krallığı birləşdir) marşı və Fələstin tərəfdarlarının yürüşləri keçirilir. Aksiyalarda 80 minə qədər insanın iştirakı gözlənilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir