
Bakı.Trend:
Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi maliyyələşmə və
texnologiyalar tələb edir.
Trend xəbər verir
ki, bunu BMT Baş katibinin İcra Ofisinin nümayəndəsi, baş katibin
siyasi məsələlər üzrə müavini Qay Rayder Bakıda keçirilən Ümumdünya
Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində təşkil
olunan nazirlər görüşündə deyib.
O vurğulayıb ki, səmərəli şəhər planlaşdırılması üçün
tərəfdaşlıqların gücləndirilməsi, ölkələrin potensialının inkişaf
etdirilməsi və məlumatların keyfiyyətinin artırılması xüsusi
əhəmiyyət daşıyır.
“Bugünkü müzakirələriniz iyul ayında Romada keçiriləcək Yeni
Şəhər Gündəliyinin nəzərdən keçirilməsinə həsr olunan BMT Baş
Assambleyasının yüksək səviyyəli iclasına hazırlıq baxımından mühüm
əhəmiyyət kəsb edir”, – deyə o bildirib.

