Çin rəsmisi: Ölkəmizdə mənzil təminatı sistemi təkmilləşdirilib

Baş səhifə

Çin davamlı olaraq mənzil təminatı sistemini təkmilləşdirib, sosial təminatlı mənzil fondunu artırıb və optimallaşdırıb.

APA xəbər verir ki, bunu Çin Xalq Respublikasının Mənzil və Şəhər-Kənd İnkişafı Nazirliyinin baş iqtisadçısı Shengjun Wang
WUF13 çərçivəsində keçirilən “Ətraf mühit cəhətindən davamlı və dözümlü məskunlaşma” adlı panel müzakirəsində deyib.

O bildirib ki, bunun nəticəsində mühüm nailiyyətlər əldə olunub. Belə ki, 2008-ci ildən ötən ilin sonuna qədər ümumilikdə 33 milyon təminatlı mənzil vahidi tikilib, nəticədə 100 milyondan çox şəhər sakininin mənzil problemi həll olunub: “Çin həm də təminat mexanizmləri baxımından pul subsidiyaları ilə faktiki mənzil təminatını birləşdirən yanaşmanı tətbiq edir. Həm kirayə, həm də satış modelləri birlikdə istifadə olunur. Bu müxtəlif üsullar fərqli sosial qrupların mənzil ehtiyaclarına və ödəmə imkanlarına uyğunlaşdırılır.
Məsələn, Çinin bir çox şəhərində “bir çarpayı”, “bir otaq”, “bir mənzil” kimi fərqləndirilmiş yanaşmalar tətbiq olunur ki, bu da yeni şəhər sakinlərinin və gənclərin müxtəlif səviyyəli mənzil ehtiyaclarını qarşılamağa kömək edir. Məqsəd insanların şəhərə gələ bilməsi, burada qala bilməsi, təhlükəsiz yaşaması və öz karyerasını qurmasıdır. Bu yanaşma onların mənzil təzyiqini azaldır və daha yaxşı həyat uğrunda sərbəst şəkildə çalışmasına imkan yaradır”,- Çin rəsmisi vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir