Bakıdakı WUF13 beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaradır – Seneqal rəsmisi (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) beynəlxalq
əməkdaşlığın gücləndirilməsi və dayanıqlı şəhər inkişafı sahəsində
təcrübə mübadiləsi üçün yeni imkanlar açır.

Bu barədə Trend-ə Ümumdünya Şəhərsalma Forumunun 13-cü
sessiyasının (WUF13) kulisində Seneqalın Yeni Şəhərlərin Təşviqi
üzrə Baş Nümayəndəliyinin texniki müşaviri Sila Abdullahi
bildirib.




“Burada olmaqdan çox məmnunuq. Forumun Bakıda təşkili yüksək
səviyyədədir. Ümid edirik ki, bu tədbir forumda təmsil olunan bütün
ölkələr üçün çoxlu imkanlar yaradacaq”, — deyə o qeyd edib.

Seneqal rəsmisi həmçinin müasir və dayanıqlı şəhərlərin inkişafı
məsələlərinə dair beynəlxalq dialoqun vacibliyini vurğulayıb və
qeyd edib ki, bu cür platformalar dövlətlər arasında qabaqcıl
təcrübələrin mübadiləsinə töhfə verir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir