Bu gün urbanizasiya yeni standartların ciddi təzyiqi altındadır – Tomas Taraba

Baş səhifə

Bakı.Trend:

Slovakiya Avropa İttifaqında su idarəçiliyi sahəsində böyük
təcrübəyə malik ölkə kimi çox yaxşı tanınır. Biz hələlik su
qıtlığını hiss etmirik, həmçinin şəhərlərə yüksək keyfiyyətli suyun
necə çatdırılması ilə bağlı böyük təcrübəmiz var.

Trend xəbər
verir ki, bu fikirləri Slovakiyanın Baş nazirinin müavini və ətraf
mühit naziri Tomas Taraba WUF13 çərçivəsində jurnalistlərə
açıqlamasında deyib.

O qeyd edib ki, Slovakiyanın prioriteti məhz bu sahədə
biliklərini bölüşmək, icmaları dəstəkləmək və su idarəçiliyi
baxımından kifayət qədər resursların təmin olunmasına töhfə
verməkdir.




“Buna görə də bizim üçün əsas prioritet su siyasətini beynəlxalq
münasibətlərin bir hissəsinə çevirməkdir”.

T.Toraba vurğulayıb ki, Azərbaycan ilə Slovakiyanın yaxşı
münasibətləri var:

“İqlim məsələsi bizim üçün həqiqətən yüksək prioritetdir və
beynəlxalq münasibətlər xüsusilə iqlim dəyişikliyi kimi məsələlərdə
yalnız əməkdaşlıq yolu ilə inkişaf etdirilə bilər. Hər bir ölkə
üçün ayrıca və tək həll yolu ola bilməz. Biz bu problemlərin
öhdəsindən yalnız birlikdə gələ bilərik. Bu gün urbanizasiya yeni
standartların ciddi təzyiqi altındadır. Biz Avropa İttifaqında
standartları xeyli artırırıq, lakin Slovakiya sağlam məntiqə
əsaslanan ölkədir və biz açıq şəkildə deyirik ki, hər həll yolu
faydalı deyil. Çünki çox vaxt yalnız bəzi iqlim siyasətlərindən
danışdığımız üçün dünyada yoxsul insanlar yaradırıq. Buna görə də
düzgün balans tapmaq lazımdır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir