
Bakı. Trend:
Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin Ümumdünya
Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək
məqsədilə mayın 18-də Azərbaycan Respublikasına səfərə gəlib.
Trend xəbər
verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı səhiyyə
naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.

