
Bakı. Trend:
Şəhərsalma nəinki Bakı üçün, bir çox Azərbaycan şəhərləri üçün
elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun üzərində
işləyirik.
Trend xəbər
verir ki, bu sözləri Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma
Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı deyib.
Dövlətimizin başçısı bu ilin Azərbaycanda “Şəhərsalma və
memarlıq ili” elan olunduğunu da diqqətə çatdırıb.

