Bakı WUF13 günlərində dayanıqlı şəhər inkişafının qlobal paytaxtına çevrilir – Nqa Kor Minq

Baş səhifə

Bakı.Trend:

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13)
günlərində Bakı dayanıqlı şəhər inkişafının qlobal paytaxtına
çevrilir.

Trend xəbər verir
ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat)
Assambleyasının prezidenti, Malayziyanın mənzil və yerli
özünüidarəetmə üzrə naziri Nqa Kor Minq Bakıda WUF13-ün açılış
mərasimində çıxış edərkən deyib.




Nqa Kor Minq bildirib ki, Azərbaycanda ev sahibi olmağın əsl
dəyəri və əhəmiyyəti yaxşı başa düşülür. Qlobal qeyri-sabitlik və
cəmiyyətlərin transformasiyası dövründə şəxsi mənzilə sahib olmaq
xüsusilə vacibdir.

Onun sözlərinə görə, məhz birgə fəaliyyət heç kimin diqqətdən
kənarda qalmadığı dayanıqlı şəhər gələcəyinin qurulmasına gətirib
çıxara bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir