Azərbaycan və Gürcüstan arasında enerji və nəqliyyat sahəsində sənədlər imzalanıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri
İrakli Kobaxidzenin iştirakı ilə iki ölkənin hökuməti arasında
təbii qazın Gürcüstana təchizatı barədə Saziş imzalanıb.

Trend xəbər
verir ki, imzalanma Prezident İlham Əliyevin mayın 18-də
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü zamanı baş
tutub.

Qeyd olunub ki, bundan başqa, iki ölkənin hökuməti arasında
Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin
Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş və “Bakı–Tbilisi–Qars” yeni dəmir yolu xətti layihəsinin həyata
keçirilməsi çərçivəsində Marabda–Türkiyə Respublikası sərhədinə
qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası,
rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci
iclasının Protokolu imzalanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir