Özbəkistan Prezidenti ağıllı və təhlükəsiz şəhərlərin beynəlxalq alyansını yaratmağı təklif edib

Baş səhifə

Bakı.Trend:

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev texnologiyalar,
standartlar və təcrübə üzrə sistemli mübadiləyə töhfə vermək
məqsədilə ağıllı və təhlükəsiz şəhərlərin beynəlxalq alyansının
yaradılmasını təklif edib.

Trend xəbər verir
ki, dövlət başçısı bunu Bakıda keçirilən WUF13 çərçivəsində
Liderlər Sammitində çıxışı zamanı deyib.

“Əhalinin bütün regionlarda bərabər yaşayış şəraiti ilə təmin
olunması kiçik və orta şəhərlərin harmonik inkişafını tələb edir.
Bu baxımdan tərəfdaş ölkələri balanslaşdırılmış urbanizasiya və
şəhər inkişafı prinsipini geniş şəkildə tətbiq etməyə çağırıram”, –
deyə Mirziyoyev bildirib.




Prezidentin sözlərinə görə, şəhər idarəçiliyi sahəsində süni
intellekt və rəqəmsal transformasiyanın yaratdığı imkanlara bütün
ölkələrin bərabər çıxışının təmin edilməsi son dərəcə vacibdir.

“Bu məqsədlə mən bu sahədə texnologiyalar, standartlar və
təcrübə üzrə sistemli mübadiləyə töhvə vermək üçün ağıllı və
təhlükəsiz şəhərlərin beynəlxalq alyansının yaradılmasını təklif
edirəm. Həmçinin gənclərin və əhalinin həssas təbəqələrinin
keyfiyyətli və əlçatan mənzillə təmin olunması olduqca vacibdir”, –
deyə dövlət başçısı qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir