Serbiya Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevin liderliyini yüksək qiymətləndirib

Baş səhifə

Bakı.Trend:

Mən Bakıya gələndə böyük dəyişikliklər və tərəqqini görürəm –
buna azərbaycan xalqı və Prezident İlham Əliyev nail olub.

Trend xəbər verir
ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Bakıda keçirilən WUF13
çərçivəsində liderlərin bəyanatı zamanı çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın uğurları Prezident İlham
Əliyevin zəkası, öz xalqına və ölkəsinə olan bağlılığı və sədaqəti
ilə əlaqədardır.

Aleksandar Vuçiç qeyd edib ki, Bakı dünyanın ən yaxşı
şəhərlərindən birinə çevrilib. Onun sözlərinə görə, Bakı ənənələri
və innovasiyaları özündə birləşdirən, dayanıqlı şəhərsalma və
inklüziv idarəetmənin imkanlarını nümayiş etdirən şəhər
nümunəsidir.

“Bakı müasir dünyanın ən yaxşı şəhərlərindən biridir. Onun uğuru
göstərir ki, dayanıqlı inkişaf və inklüziv idarəetmənin
prioritetləşdirilməsi mümkündür”, – deyə Serbiya Prezidenti
vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir