Şəhərlər milli kimliyin ifadəsidir – İrakli Kobaxidze

Baş səhifə

Şəhərlər milli kimliyin ifadəsidir – İrakli Kobaxidze

Bakı. Trend:

Şəhərsalma və mənzil siyasətimizin mərkəzində insanların rifahı
dayanır. Gürcüstan uzun illərdir, müharibə və işğalın humanitar
nəticələrinin aradan qaldırılması istiqamətində fəaliyyət göstərir
və işğal olunmuş ərazilərdən olan məcburi köçkünlərin mənzil və
sosial təminatı sahəsində tədbirlər həyata keçirir.

Trend xəbər
verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ümumdünya
Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində
keçirilən Liderlər Sammitində deyib.

“Biz uzunmüddətli strategiyamız çərçivəsində yeni yaşayış
məntəqələri salmağa və zərərçəkmiş ailələrə mənzillər təqdim etməyə
davam edirik. Məqsəd ləyaqətli yaşayış şəraitinin və sosial
inklüzivliyin təmin edilməsidir.

Siyasətlərimiz gənc ailələrin, ekoloji miqrantların və dağlıq
ərazilərdə yaşayan insanların dəstəklənməsinə də xüsusi diqqət
ayırır. Hədəfli dövlət proqramları və innovativ maliyyə
mexanizmləri vasitəsilə mənzil əlçatanlığını artırmağa və
Gürcüstanın bütün regionlarında bərabər inkişaf imkanları yaratmağa
çalışırıq. Bizim təşəbbüslərimiz ənənəvi gürcü memarlıq irsinin
qorunmasına sadiqlik prinsipi üzərində qurulub. Hesab edirik ki,
modernləşmə tarix hesabına baş verməməlidir”, – deyə Gürcüstanın
Baş naziri bildirib.

İ.Kobaxodze əlavə edib ki, şəhərlər milli kimliyin
ifadəsidir:

“Ənənəvi memarlıq elementlərini müasir şəhərsalma ilə
inteqrasiya etməklə biz həm mədəni təhlükəsizliyimizi qoruyur, həm
də keçmişimizə hörmət edən və gələcəyə xidmət edən şəhərlər
qururuq. Eyni zamanda, kənd və şəhər arasında fərqlərin azaldılması
dayanıqlı inkişaf siyasətimizin əsas prioritetlərindən biri olaraq
qalır. BMT və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində
hökumət ölkənin bütün regionlarında daha balanslı və inklüziv
inkişafın təmin olunması istiqamətində fəaliyyət göstərir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir