ABŞ İŞİD-ə qarşı hava əməliyyatı keçirib

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Silahlı Qüvvələrinin bölmələri Nigeriya hökuməti ilə
əlaqələndirilmiş şəkildə İŞİD qruplaşmasının Afrika ölkəsindəki
mövqelərinə hava zərbələri endirib.

Trend xəbər verir
ki, bu barədə ABŞ SQ-nin Afrika komandanlığının bəyanatında
deyilir.

“Həmin terrorçuların zərərsizləşdirilməsi qruplaşmanın ABŞ
təhlükəsizliyinə və bizim tərəfdaşlara təhdid yaradan hücumları
planlaşdırmaq imkanlarını azaldacaq”, – deyə bəyanatda qeyd
edilir.




Aviazərbələrin Nigeriyanın şimal-şərq bölgəsinə endirildiyi
bildirilir.

Birləşmiş Ştatlar hökuməti terrorçu qruplaşmanın hərbi
potensialının sarsıdılması üçün belə zərbələri davam etdirmək
niyyətində olduğunu bəyan edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir