Slovakiya ilə iqtisadi-ticarət əməkdaşlığı müzakirə edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumu
(WUF13) çərçivəsində Slovakiya Respublikasının investisiyalar,
regional inkişaf və informasiya naziri Samuel Miqal ilə görüş
keçirib.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən məlumat
verilib.




Görüş zamanı Azərbaycan ilə Slovakiya arasında münasibətlərin
dinamik inkişaf etdiyi vurğulanıb, iqtisadi əməkdaşlığın
genişlənməsinin qarşılıqlı tərəfdaşlığın möhkəmlənməsinə mühüm
töhfə verdiyi qeyd olunub. Tərəflər iki ölkə arasında mövcud
əməkdaşlıq gündəliyini nəzərdən keçirərək iqtisadi əlaqələrin daha
da dərinləşdirilməsi üçün geniş imkanların olduğunu
bildiriblər.

Müzakirələr zamanı qarşılıqlı investisiyaların təşviqi, biznes
subyektləri arasında əlaqələrin genişləndirilməsi məsələləri diqqət
mərkəzində olub. Görüşdə sənaye, ticarət, enerji, infrastruktur və
regional inkişaf sahələrində əməkdaşlığa dair fikir mübadiləsi
aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir