
Bakı. Trend:
Mayın 21-i səhər Azərbaycanın şimal və qərb rayonlarından
başlayaraq 25-i axşamadək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit
keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.
Trend xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq
yayıb.
Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı,
şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara
keçəcəyi, 21-22-də yağıntıların qısa müddətə güclənəcəyi ehtimalı
var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ
çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

