Azərbaycan təhsilin, insan kapitalının və yaradıcı infrastrukturun inkişafına xüsusi önəm verir – Səadət Yusifova

Baş səhifə

Bakı. Trend:

Azərbaycan təhsilin, insan kapitalının və yaradıcı
infrastrukturun inkişafına xüsusi önəm verir.

Trend xəbər verir
ki, bunu Azərbaycanın Mədəniyyət nazirinin müavini Səadət Yusifova
Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən
“UNESCO-nun Yaradıcı Şəhərləri və dayanıqlı şəhər inkişafı”
mövzusunda panel sessiyada çıxışında deyib.

O, inkubasiya proqramlarının və təhsil təşəbbüslərinin inkişafı
barədə məlumat verib.

“Oyun sənayesi və mədəni texnologiyalar sahəsində inkubasiya
proqramları, təqaüd və sertifikat proqramları, həmçinin QHT-lərə
qrant dəstəyi yeni kreativ mütəxəssislər nəslinin formalaşmasına
töhfə verir”, — deyə o bildirib.

Bununla yanaşı, institusional bazanın genişləndirildiyi də qeyd
olunub.




“Bakıda fəaliyyət göstərən Mədəniyyət və Yaradıcı Sənayelərin
İnkişafı Mərkəzi yaradıcı şəxslər üçün peşəkar imkanlar təqdim edir
və bu modelin regionlarda da genişləndirilməsi planlaşdırılır”, —
deyə o vurğulayıb.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” şüarı ilə keçirilən
forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın
gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları,
ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya
gətirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir