ADY əməkdaşları Tbilisidəki həmkarlarına təlim keçir

Baş səhifə

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Rəqəmsal inkişaf
departamentinin əməkdaşları Tbilisidə “Gürcüstan Dəmir Yolları”
SC-nin (GDY) əməkdaşlarına təlim keçir.

Bu barədə Trend-ə ADY-dən məlumat verilib.

Bildirilib ki, praktik təlimdə məqsəd iki ölkənin bilet satış
sistemini tam inteqrasiya etmək, kassa əməliyyatlarının qarşılıqlı
izlənilməsini təmin etmək və əməliyyat proseslərini
uyğunlaşdırmaqdır.




Təlim çərçivəsində həmçinin biletin yoxlanılması, qeydiyyatı və
reyestrə salınması üzrə əməliyyatlar test ediləcək.

ADY və GDY üzrə bilet sistemlərinin tam inteqrasiyası başa
çatanadək Gürcüstan tərəfi ADY-nin proqram təminatından istifadə
etməklə bilet satışını həyata keçirəcək. Bu, vahid satış və
qeydiyyat prosesinin qurulmasına imkan verəcək, Gürcüstan kassaları
ADY platformasında real vaxt rejimində görünəcək.

Onu da qeyd edək ki, “Gürcüstan Dəmir Yolları”nın hərəkət
tərkibi ilə bağlı müəyyən çətinlikləri nəzərə alınaraq vaqonlar
Tbilisiyə qədər ADY-yə məxsus lokomotivlə daşınacaq. Yəni ilkin
mərhələdə daşımalar bütün marşrut boyu ADY-yə məxsus hərəkət
tərkibi və lokomotivlərlə həyata keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir