“Carlsberg Group”u ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

“Carlsberg Group”la 2025-2029-cu illər üzrə Anlaşma Memorandumu
çərçivəsində görülən işlər müzakirə olunub.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən məlumat
verilib.




İqtisadiyyat naziri Mikayıl Cabbarov “Carlsberg Group”un Mərkəzi
və Şərqi Avropa və Hindistan regionunda icraçı vitse-prezidenti
Nikos Kalaitzidakis ilə görüşüb.

Görüşdə “Carlsberg Group”la işbirliyi istiqamətləri nəzərdən
keçirilib.

2025-2029-cu illər üzrə Anlaşma Memorandumu çərçivəsində görülən
işlər, pivə sənayesində tənzimləmə mexanizmlərinin
təkmilləşdirilməsi, xammal və qablaşdırmanın lokallaşdırılması,
eləcə də regionda yeni biznes imkanları müzakirə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir