Qlobal Cənub Gənclər Platformasının birinci rəsmi iclasında qəbul edilmiş qərarlar

Baş səhifə

Bakı. Trend:

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Qlobal
Cənub Gənclər Platforması: Dekolonizasiya prosesində gənclərin
şəhərsalmada rolu” adlı beynəlxalq konfransda, Qlobal Cənub Gənclər
platformasının birinci rəsmi iclası çərçivəsində platformanın
fəaliyyət istiqamətləri, gələcək prioritetləri və beynəlxalq
əməkdaşlıq imkanları ilə bağlı mühüm qərarlar qəbul olunub. Belə
ki, dörd yeni ölkə platformaya üzv qəbul edilərək üzv ölkələrin
sayı 20-yə çatmışdır. Yeni üzvlər sırasında Boneyr, Sen Martin,
Seneqal və Misir yer alır. Bununla yanaşı, Platformaya yeni üzv
olan ölkələrin qoşulması ilə platformanın daha da böyüməsi
gözlənilir.

İştirakçılar çıxışlarında üzv ölkələr arasında davamlı və
səmərəli əməkdaşlığın qurulmasının vacibliyini qeyd ediblər. Eyni
zamanda bildirilib ki, real nəticələrə gətirib çıxaran layihələrin
həyata keçirilməsi platformanın əsas fəaliyyət istiqamətlərindən
biri olacaq. Bu baxımdan, praktik və funksional addımlar atmaqla
üzv ölkələrin və dənizaşırı ərazilərin maraq və prioritetləri
nəzərə alınaraq daha səmərəli formada onların iştirakı nəzərdə
tutulur.

Bununla yanaşı, platformanın fəaliyyətinin növbəti mərhələsi
üzrə prioritet istiqamətlər və gələcək fəaliyyət planı
müəyyənləşdirilib. Müzakirələr zamanı üzv ölkələrin gəncləri
arasında əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi, eləcə də bu
əməkdaşlığın institusional səviyyədə inkişaf etdirilməsi
məsələlərinə xüsusi diqqət ayrılıb.

Platformanın fəaliyyət planında beynəlxalq təşkilatlar və
vətəndaş cəmiyyəti insitutları ilə əməkdaşlığın genişləndirilməsi
əsas prioritetlərdən biri kimi müəyyən edilib. Bu əməkdaşlığın
platformanın beynəlxalq nüfuzunun artırılmasına, gənclərin
beynəlxalq səviyyədə qərarların qəbul edilməsi proseslərində
iştirakının genişlənməsinə, həmçinin birgə layihə və təşəbbüslərin
həyata keçirilməsinə töhfə verəcəyi qeyd edilir.

https://www.facebook.com/share/p/1GfcDCguie/

https://x.com/bakuinitiative/status/2057087124948894141

https://www.instagram.com/p/DYj8hpGjH-1/

https://www.linkedin.com/feed/update/urn:li:activity:7462852163795562496

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir