ABB şahmat çempionatının qalibi oldu!

Baş səhifə

Bakı. Trend:

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü
münasibətilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) və
Azərbaycan Şahmat Federasiyasının keçirdiyi banklararası şahmat
çempionatı başa çatıb.

2016-cı ildən bəri artıq 9-cu dəfə keçirilən çempionatda bu il
13 bankdan 50-yə yaxın nümayəndə yarışıb. ABB-ni bu yarışda Maliyyə
monitorinqi və komplayns departamentinin direktor müavini Rauf
Hacılı, Risk həlləri sahəsinin rəhbəri Rəsul Mənsimli, Fiziki
kanallar və əməliyyat sahəsinin aparıcı proqramçısı Rəsul
Əfəndiyev, Korporativ və KOS məhsullar sahəsinin proqramçısı Mehdi
Məmmədov təmsil edib.

Komanda hesabında ABB bu il də çempionatın qalibi olub, növbəti
2-ci və 3-cü yerlərdə müvafiq olaraq Yelo Bank və Ziraat Bank
qərarlaşıb.




Şəxsi hesabda isə ABB-nin Maliyyə monitorinqi və komplayns
departamentinin direktor müavini Rauf Hacılı birinci yerə çıxıb.
2-ci yeri ABB-nin Risk həlləri sahəsinin rəhbəri Rəsul Mənsimli
qazanıb.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet
səhifəsi https://abb-bank.az/,
937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən
əldə etmək mümkündür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir