
Bakı. Trend:
Pilotsuz təyyarə Latviya hava məkanını pozub.
Trend xəbər
verir ki, bu barədə Latviya Müdafiə Nazirliy məlumat yayıb.
“Latviya Silahlı Qüvvələri ölkənin hava məkanında ən azı bir
pilotsuz uçuş aparatının olduğunu təsdiqləyir”, – deyə açıqlamada
bildirilir.
Nazilrik qeyd edib ki, mayın 21-i səhərdən etibarən Latviyanın
şərqində hava hücumu həyəcanı elan edilib və Baltikyanı ölkələrdə
patrul xidməti üçün göndərilən NATO təyyarələri hazırlıq
vəziyyətindədir.

