Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Baş səhifə

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu
göndərib.

Trend xəbər
verir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizi
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə
səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyinizlə dinamik
inkişafını davam etdirir və dünya birliyində layiqli yer tutub.

Tam əminəm ki, Qırğızıstan ilə Azərbaycan arasında strateji
tərəfdaşlıq münasibətləri qardaş xalqlarımızın rifahı naminə bundan
sonra da inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və rifah,
qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir