İsrailin baş naziri ola bilərəm – Donald Tramp

Baş səhifə

Bakı.Trend:

Mənə İsrail xalqı arasında böyük dəstək var, prezidentlik
müddəti başa çatdıqdan sonra orada baş nazir ola bilərəm.

Trend xəbər verir
ki, bu barədə ABŞ Prezidenti Donald Tramp hava limanında
jurnalistlərə verdiyi açıqlamada danışıb.

“Hazırda İsraildə mənim reytinqim 99 faiz səviyyəsindədir. Mən
baş nazir vəzifəsinə namizədliyimi verə bilərdim”, – deyə o
bildirib.

Qeyd edək ki, mayın 17-də Tramp İsrailin Baş naziri Benjamin
Netanyahu ilə telefon danışığı aparıb. Liderlər İran ətrafındakı
vəziyyəti müzakirə ediblər.




Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir