BAMF WUF13-də: minaların şəhərsalmada yaratdığı problemlər müzakirə olundu (FOTOLAR)

Baş səhifə

2026-cı il mayın 21-də WUF13 çərçivəsində Qlobal Cənub QHT
Platformasının pavilyonunda Beynəlxalq Avrasiya Mətbuat Fondunun
(BAMF) təşkilatçılığı ilə “Minalarla çirklənmiş ərazilərdə
şəhərsalma problemləri” adlı tədbir keçirilib.

Trend xəbər
verir ki, Tədbirdə açılış nitqi ilə çıxış edən BAMF-ın prezidenti
Umud Mirzəyev Azərbaycanın mina probleminin ciddiliyini
vurğalayıb:

“Minalarla çirklənmiş ərazilərdə infrastrukturun qurulması,
sosial həyatın bərpası və ekoloji tarazlığın qorunması yalnız
təhlükəsiz zəmin yaradıldıqdan sonra mümkün ola bilər. Bu baxımdan,
mina fəaliyyətinə şəhərsalma, ekosistemlərin bərpası və insan
təhlükəsizliyi prizmasından yanaşmaq olduqca vacibdir. Bugünkü
tədbirdə dəyərli çıxışçılar minaların mənfi təsirlərini
təhlükəsizlik, şəhərsalma, ekoloji tarazlıq və post-münaqişə
bərpası kimi müxtəlif aspektlərdən iştirakçıların diqqətinə
çatdıracaqlar.” – deyə U.Mirzəyev bildirib.




Daha sonra tədbirin moderatoru, ANAMA yanında İctimai Şuranın
sədr müavini Emil Həsənov tədbir iştirakçılarını salamlayıb və
qonaqları təqdim edib. Çıxışçılar ANAMA-nın Maarifləndirmə və
zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov “Minatəmizləmə ilə
bağlı yeniliklər”, BAMF-ın Proqram departamentinin rəhbəri
Xudaverdi Quliyev “BAMF mina aksiyası proqramında”, “Delta Clearing
Solutions” minatəmizləmə şirkətinin layihə meneceri Skot Derri
“Şəhərlərin bərpası naminə təhlükəsiz zəminin yaradılması” və
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai
Şuranın sədri Amin Məmmədov “Minalar ekosistem üçün təhlükə və
münaqişədən sonrakı yaşayış məntəqələrinin bərpasına maneə kimi”
adlı mövzularında məruzələr ediblər.

Tədbirdə həmçinin BAMF-ın “İcma Mina Aksiyası komandasının” 2
nəfər xanım minaaxtaran əməkdaşı da iştirak edib. Sonda spikerlər
və iştirakçılar arasında interaktiv sual-cavab sessiyası
keçirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir