
Bakı. Trend:
Mayın 21-də Leyla Əliyeva Esvatini Kralı Əlahəzrət III Msvatini
ilə görüşüb.
Trend xəbər
verir ki, görüşdə Esvatini Şahzadəsi Lindani Dlamini və bu ölkənin
xarici işlər və beynəlxalq əməkdaşlıq naziri, senator Folile
Şakantu da iştirak ediblər.
Ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyev ilə görüşünü
məmnunluqla xatırlayan Esvatini Kralı BMT-nin Ümumdünya Şəhərsalma
Forumunun 13-cü Sessiyasının (WUF13) yüksək səviyyədə təşkil
edildiyini deyərək, bununla bağlı təbriklərini çatdırdı.
Leyla Əliyeva təbriklərə və xoş sözlərə minnətdarlığını
bildirdi, öz növbəsində WUF13-ün dünyanın müxtəlif ölkələri
arasında şəhərsalma sahəsində təcrübə mübadiləsi aparmaq üçün
uğurlu platforma olduğunu dedi.
Görüşdə Azərbaycan-Esvatini ikitərəfli əlaqələrinin inkişafı
üçün yaxşı imkanların olduğu bildirildi, Heydər Əliyev Fondu ilə bu
ölkə arasında mümkün əməkdaşlığın perspektivləri müzakirə
olundu.

