
Bakı.Trend:
Suriya iyunun 15-dən 17-dək Fransanın Evian-le-Ben şəhərində
keçiriləcək “Böyük yeddilik” (G7) sammitində dəvət olunmuş ölkə
qismində iştirak edəcək.
Trend bu barədə
xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, Suriya nümayəndə heyətinə prezident Əhməd
əl-Şaraa rəhbərlik edəcək. Bu, Suriyanın G7 tədbirlərində ilk
iştirakı olacaq.
Bildirilir ki, dəvət Suriyanın maliyyə naziri Yusra Barniyaya
təqdim edilib. O, bu həftənin əvvəlində Parisdə G7-nin maliyyə
blokunun danışıqlarında iştirak edib.

