
Bakı. Trend:
Beşqat “Qızıl top” mükafatçısı Kriştiano Ronaldo “Əl-Nəsr”
futbol klubunun Səudiyyə Ərəbistanı Premyer Liqasının qalibi olması
ilə 35-ci peşəkar titulunu qazanıb.
Trend-in
məlumatına görə, K. Ronaldonun ilk titulunu 2002-ci ildə qazanıb.
O, “Sportinq”də debüt mövsümündə Portuqaliya Super Kubokunun qalibi
olub.
Hücumçu daha sonra “Mançester Yunayted”lə doqquz, “Real
Madrid”lə 15 və “Yuventus”la beş titul qazandı.
K. Ronaldo “Əl-Nəsr”ə 2022-ci ilin dekabrında qoşulub və bundan
əvvəl klub ilə yalnız 2023-cü ildə Ərəb Çempionlar Kubokunu qazana
bilib.

