
Bakı.Trend:
Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) statusunu
yalnız Ermənistanın özü müzakirə edə bilər.
Trend xarici
mediaya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri
Nikol Paşiyan jurnalistlərə açıqlamasında bildirib.
“Aİİ status məsələsinə gəlincə, Aİİ-nin qaydalarına əsasən, bu
statusu yalnız Ermənistanın özü müzakirə edə bilər. Yəni üzv ölkə
özü ittifaqdan çıxmaq barədə qərar verə bilər, başqa prosedur
nəzərdə tutulmayıb. Lakin istənilən məsələni müzakirə edə bilərik.
Hesab edirəm ki, tərəfdaşlarımızın sualları yarana bilər və biz
bütün suallara məmnuniyyətlə cavab verəcəyik”, – deyə Ermənistanın
Baş naziri jurnalistlərlə söhbətində bildirib.
Bundan əvvəl mayın 9-da Rusiya Prezidenti Vladimir Putin
bildirmişdi ki, İrəvan Avropa İttifaqında, yoxsa Aİİ-də iştirak
məsələsi ilə bağlı mümkün qədər tez qərar verməlidir. Onun
sözlərinə görə, belə olan halda “mədəni ayrılıq” yolu mümkün ola
bilər.

