“Moody’s” “Cənub Qaz Dəhlizi” QSC-nin dayanıqlı maliyyə profilini qoruyub saxlayacağını proqnozlaşdırır

Baş səhifə

Bakı.Trend:

“Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin (SGC) dayanıqlı
maliyyə profilini qoruyub saxlayacağı gözlənilir.

Trend xəbər verir
ki, bu barədə “Moody’s” agentliyinin hesabatında qeyd olunub.

“Hesabatlılıq baxımından SGC-nin maliyyə profili yüksək
gəlirlilik, sabit gəlirlər və orta səviyyəli investisiya
ehtiyacları ilə dəstəklənir. İrihəcmli kapital layihələrinin böyük
hissəsinin tamamlanmasından sonra kapital xərcləri əsasən SGC-nin
payına təxminən 500 milyon dollar düşən “SD Compression” layihəsi,
eləcə də müntəzəm texniki xidmət xərcləri ilə məhdudlaşır”, — deyə
agentliyin hesabatında bildirilir.

Agentlik qeyd edir ki, sabit sərbəst pul axını və borc yükünün
əhəmiyyətli dərəcədə azalması, o cümlədən 2026-cı ilin martında 2
milyard dollar məbləğində avroistiqrazların ödənilməsi, onsuz da
stabil olan kredit göstəricilərinin nəzərəçarpacaq dərəcədə
yaxşılaşmasına gətirib çıxarıb.

“Moody’s” analitikləri bildirirlər ki, perspektivdə SGC-nin əsas
boru kəməri aktivlərinin genişləndirilməsi mümkün olsa da, orta
müddətli dövrdə belə layihələr hələ planlaşdırılmır və əhəmiyyətli
həcmdə yeni borc maliyyələşdirilməsi gözlənilmir.




“Genişlənmə planları ortaya çıxacağı təqdirdə, şirkət mövcud
borc yükü göstəriciləri çərçivəsində əhəmiyyətli potensiala,
həmçinin bank depozitləri də daxil olmaqla böyük həcmdə pul
ehtiyatlarına malikdir. Bundan əlavə, şirkətin aktivlərinin
strateji əhəmiyyətini nəzərə alaraq, zərurət yaranacağı halda
səhmdarların dəstəyinin davam edəcəyini gözləyirik”, — deyə
hesabatda vurğulanır.

Agentlik xatırladır ki, bu günədək SGC dividend ödəməyib və
artıq likvidliyi SOCAR-ın maliyyə törəmə qurumu olan “SOCAR Capital
LLC”də tələb əsasında geri qaytarıla bilən qısamüddətli faizli
investisiyalar formasında yerləşdirib.

“Bununla belə, şirkət dövlət payının XRG şirkətinə satışının
başa çatmasından sonra dividend ödənişlərinə başlamağı gözləyir.
Lakin ödənişlərin həcmi dividend siyasətinin yekun təsdiqindən
asılı olacaq. Şirkət hər il formalaşan pul vəsaitlərinin
əhəmiyyətli hissəsinin bölüşdürülməsini nəzərdən keçirə bilsə də,
biz onun dayanıqlı maliyyə profilini və göstəricilərini
qoruyacağını gözləyirik. “SOCAR Capital LLC”yə yatırımlar əlavə
likvidlik buferi rolunu oynayır və gələcək dividendlər hesabına
nəzərə alına bilər”, -deyə hesabatda qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl “Moody’s” SGC-yə xarici və milli
valyutada uzunmüddətli emitent reytinqlərini Baa3 səviyyəsində və
baza kredit qiymətləndirməsini (BCA) baa3 səviyyəsində təyin edib.
Proqnoz isə müsbətdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir