Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Bərdədə dəfn olunub

Baş səhifə

Bərdə. Trend:

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid hərbçi Piriyev
Rəşadət Əli oğlunun qalıqları mayın 22-də ailəsinə təhvil
verilib.

Trend-in
Qarabağ bürosunun məlumatına görə, şəhidlə Bərdə rayonunun Yeni
Daşkənd kəndində vida mərasimi keçirilib.




Şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Piriyev Rəşadət Əli oğlu 1973-cü ildə Bərdə
rayonunun Yeni Daşkənd kəndində anadan olub. O, Birinci Qarabağ
müharibəsi zamanı Kəlbəcər istiqamətində gedən döyüşlərdə itkin
düşmüşdü.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir