Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bu gün Azərbaycanın aparıcı banklarından biri olan Bank
Respublika fəaliyyətinin 34-cü ilini qeyd edir. 1992-ci ildən
fəaliyyət göstərən Bank bu illər ərzində ölkə iqtisadiyyatının
inkişafına töhfə verərək, müasir və innovativ xidmətləri ilə
milyonlarla müştərinin etimadını qazanıb.

Bank bu əlamətdar gündə də müştərilərindən birinə sevinc bəxş
edərək, ona avtomobil təqdim edib. Belə ki, “Qızıl Seçim” lombard
lotereyasının 2-ci tirajının əsas qalibinə BYD Destroyer avtomobili
təqdim edilib.

Qeyd edək ki, avtomobil qazanmış xanım müştəri Bankdan 1 000 AZN
məbləğində lombard krediti rəsmiləşdirməklə lotereyada iştirak
hüququ əldə edib.

Lotereyanın qalibləri 15 may 2026-cı tarixində Bank
Republika-nın Baş ofisində 5 nəfərdən ibarət müstəqil komissiya
üzvünün iştirakı ilə təsadüfi seçim əsasında müəyyən olunub




İkinci tirajda 01 yanvar – 01 may 2026-cı il tarixlərində, eləcə
də 1-ci tiraj çərçivəsində Bank Respublikada lombard krediti
rəsmiləşdirmiş müştərilər iştirak edirdi. Ümumilikdə lotereyada 20
000-dən çox müştəri və onlara məxsus 200 000-ə yaxın lotereya şansı
qeydə alınıb. Qeyd edək ki, hər 500 AZN məbləğində lombard krediti
müştərilərə 1 iştirak şansı qazandırıb.

Qeyd edək ki, avtomobil BYD şirkətinin Azərbaycandakı rəsmi
dileri “Group Motors” tərəfindən təqdim
olunur.

Lotereya haqda ətraflı məlumatı Bankın
rəsmi səhifəsindən əldə edə bilərsiniz.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir