Azərbaycan və Tacikistan aqrar sənaye sahəsində əməkdaşlıq edəcəklər

Baş səhifə

Bakı.Trend:

Azərbaycan-Tacikistan biznes forumu çərçivəsində “Boboi
Şərifbek” ilə Azərpambıq Aqrar Sənaye Kompleksi” Məhdud
Məsuliyyətli Cəmiyyəti arasında əməkdaşlığa dair sənəd
imzalanıb.

Trend xəbər verir
ki, tədbirdə dövlət qurumlarının və işgüzar dairələrin
nümayəndələri, eləcə də aidiyyəti şirkətlərin rəhbərləri iştirak
ediblər.




Saziş aqrar-sənaye istehsalı və investisiyalar sahəsində
şirkətlər arasında ikitərəfli əməkdaşlığın inkişafına yönəlib.

Qeyd edək ki, bu gün Bakıda iki ölkənin dövlət qurumları və
işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə
Azərbaycan-Tacikistan biznes forumu keçirilir. Forum çərçivəsində
ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri,
investisiya imkanları, sənaye kooperasiyası və Azərbaycan ilə
Tacikistan sahibkarları arasında əlaqələrin inkişafı müzakirə
olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir