
Ermənistanda iyunun 7-də keçiriləcək seçkilərlə bağlı yayılan növbəti sorğuda Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası 38 faizlə ilk sırada qərarlaşıb.
Modern.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Parlamentinin sədri Alen Simonyan “Facebook” hesabında paylaşım edib.
O bildirib ki, sorğunun nəticələrinə görə, “Güclü Ermənistan” Partiyası 7 faiz, “Hayastan” bloku 4 faiz, Ermənistan Respublika Partiyası və “Çiçəklənən Ermənistan” Partiyası 2 faiz dəstək qazanıb. “Birliyin Qanadları”, DOK və “Hamıya qarşı” partiyalarının hər biri isə 1 faiz göstərici əldə edib.

