
Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Prezident İlham Əliyevə
təbrik məktubu göndərib.
Trend xəbər
verir ki, məktubda deyilir:
“Dost ölkənizin Müstəqillik Günü münasibətilə Bəhreyn
Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımdan
Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan
məmnunluq duyuram.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə
davamlı tərəqqi və firavanlıq arzulayıram.
Zati-alinizə məmnuniyyətlə ən yüksək ehtiramımı bildirirəm”.

