
Bakı. Trend:
“Liverpul” Yan Diomandeni transfer etmək istəyir.
Trend “The Athletic”ə istinadən xəbər verir ki, 19 yaşlı hücumçu “mersisaydlılar”ın yay transfer pəncərəsi üçün əsas hədəfinə
çevrilib. Futbolçu ilə PSJ də maraqlanır, lakin parislilər əvvəlcə
heyətdən kimləsə yollarını ayırmalı olacaqlar.
Bununla belə, “Leyptsiq” kotdivuarlı futbolçunu satmaq istəmir
və komandanın Çempionlar Liqasına vəsiqə qazanması onun klubda
qalmasına kömək edə bilər.
Eyni zamanda, Almaniya klubu 100 milyon avrodan çox təklif
alacağı halda hücumçunun gedişinə razılıq verə bilər. Bu mövsüm
Diomande Bundesliqada 33 oyun keçirib və 12 qol vuraraq
“Leyptsiq”in ikinci bombardiri olub.

