İran ABŞ ilə razılaşmaya yaxın olduğunu təsdiqləməyib

Baş səhifə

İran hələlik ABŞ ilə münaqişənin başa çatdırılması üzrə razılaşmaya yaxın olduqlarını qəti şəkildə deyə bilmədiklərini açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Məlumata görə, bundan əvvəl “Reuters” agentliyi məlumatlı mənbəyə istinadən yazıb ki, hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmanın əldə olunmasına yardım etmək məqsədilə Qətərdən danışıqlar nümayəndə heyəti Tehrana gəlib.

İran Xarici İşlər Nazirliyi isə hazırkı mərhələdə yekun razılaşmaya yaxınlıq barədə dəqiq fikir bildirməyin mümkün olmadığını vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir