Braziliya millisinin üzvü “Mançester Yunayted”ə keçir

Baş səhifə

Bakı. Trend:

“Atalanta”nın yarımmüdafiəçisi Ederson “Mançester Yunayted”ə
keçməyə yaxındır.

Trend xəbər verir ki,
klublar braziliyalı futbolçunun transferi ilə bağlı danışıqlarda
mühüm irəliləyiş əldə ediblər. Bu barədə insayder Fabritsio Romano
məlumat yayıb.

Tərəflər yaxın vaxtlarda tam razılığa gələ bilərlər. Hər şey bu
transferin uğurla baş tutacağını göstərir.




Bu keçid “qırmızı şeytanlar”a 45 milyon avroya başa gələcək. 26
yaşlı futbolçu mankunianlılarla illik 5 milyon avro maaşla 2031-ci
ilə qədər nəzərdə tutulan müqavilə imzalayacaq.

Qeyd edək ki, Braziliya millisinin üzvü olan Ederson cari
mövsümdə “Atalanta”nın heyətində meydana çıxdığı 41 rəsmi matçda 3
qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir