
Bakı. Trend:
Mayın 25-i saat 09:00-dan işlər yekunlaşanadək Abşeron rayonu,
Mehdiabad qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə
yaranacaq.
Trend xəbər verir ki,
bu barədə Sumqayıt Regional Qaz İstismar İdarəsi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatının dayandırılması aparılacaq təmir
işləri ilə əlaqədardır.

