
Bakı. Trend:
İsveçrə Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi 20-ci
sanksiyalar paketinə qoşulmaq qərarı verib.
Trend xəbər verir ki,
bu barədə ölkənin Federal Şurası açıqlama yayıb.
Qərara əsasən, 115 nəfər, şirkət və qurumun aktivləri
dondurulacaq, həmçinin onlara iqtisadi resursların verilməsi
qadağan ediləcək. Eyni zamanda, həmin şəxslərin İsveçrə ərazisinə
girişinə və ölkədən tranzit keçidinə məhdudiyyət qoyulacaq.
Bildirilib ki, sanksiyalar əsasən Rusiyanın hərbi-sənaye
kompleksi və enerji sahəsi ilə əlaqəli şəxsləri əhatə edir.
İsveçrə bununla yanaşı, Rusiyanın “kölgə donanması”na qarşı
tətbiq olunan tədbirlərə də qoşulub.

