
Bakı.Trend:
Rusiyada tanınmış şahmatçı Harri Kasparov beynəlxalq axtarışa
verilib.
Trend bu barədə
Rusiya mediasına istinadən xəbər verir.
Rusiya müstəntiqləri “terrorizmə haqq qazandırma və xarici
agentlərin fəaliyyəti qaydalarını pozma” ittihamları ilə qiyabi
olaraq barəsində həbs qərarı çıxarılmış Kasparov barəsində
beynəlxalq axtarış elan ediblər.
İstintaqın məlumatına görə, Kasparova “internetdə terrora
ictimai şəkildə haqq qazandırma” ilə bağlı maddə, həmçinin xarici
agentlərlə bağlı qanunvericiliyin pozulmasına dair iki epizod üzrə
ittiham irəli sürülüb.
2025-ci ilin dekabrında Moskvanın Zamoskvoretsk məhkəməsi mümkün
ekstradisiyası və ya Rusiyada saxlanılması anından hesablanmaqla
onun barəsində iki aylıq qiyabi həbs qərarı çıxarmışdı.
Rusiya Ədliyyə Nazirliyi Kasparovu 2022-ci ilin mayında “xarici
agentlər” reyestrinə daxil edib. Hazırda o, Rusiyadan kənarda
yaşayır.

