
Bakı.Trend:
Bu ilin yanvar–aprel aylarında Azərbaycandan dünyanın digər
ölkələrinə bitumlu süxurlardan əldə olunan 7,923 milyon ton xam
neft və neft məhsulları ixrac edilib. İxracın ümumi dəyəri 4,365
milyard ABŞ dolları təşkil edib.
Bu barədə Trend
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın
dəyəri 198 milyon ABŞ dolları və ya 4,3% , fiziki həcm baxımından
isə göstərici 281 min ton və ya 3,4% azalıb.
Bu ilin yanvar–mart aylarında Azərbaycandan ən çox neft idxal
edən ölkələrin siyahısına İtaliya (4,766 milyon ton – 2,531 milyard
dollar) başçılıq edir. Sonrakı yerlərdə Rumıniya (461,3 min ton –
247,8 milyon dollar) və Çexiya (433,1 min ton – 245,7 milyon
dollardan çox) qərarlaşıb.
Aşağıdakı cədvəldə 2026-cı ilin yanvar–mart aylarında
Azərbaycandan xam neft və neft məhsullarının 10 ən böyük idxalçısı
göstərilib
Qeyd edək ki, Azərbaycandan neft qonşu ölkələrə və dünya
bazarlarına üç boru kəməri vasitəsilə nəql olunur:
Bakı–Novorossiysk, Bakı–Supsa və Bakı–Tbilisi–Ceyhan (BTC). Hazırda
Bakı–Supsa boru kəməri ilə nəql müvəqqəti olaraq dayandırılıb.

