
Bakı. Trend:
Ağ Evin təhlükəsizlik məntəqəsinə atəş açan və Məxfi Xidmət
agentləri tərəfindən zərərsizləşdirilən kişinin ruhi sağlamlıq
problemləri olub.
Trend-in
məlumatına görə, bu barədə Amerika KİV-ləri federal xidmətlərdəki
mənbələrə istinadən xəbər verib.
“The New York Post” və “Fox News” qəzetlərinin məlumatına
əsasən, hücum edən şəxs özünü “İsa Məsih” adlandıran 21 yaşlı Nasir
Best olub. Mənbələr bildirib ki, Best son illərdə Ağ Evin müxtəlif
girişlərində müntəzəm olaraq peyda olub və məhkəmənin əmlakdan uzaq
durmaq qərarını pozub.
“CNN” telekanalı bildirib ki, Ağ Ev yaxınlığında ABŞ Məxfi
Xidmətinin əməkdaşlarına atəş açan şəxs aldığı xəsarətlərdən
ölüb.

