Ağ Evin yaxınlığında atışma – Atəş açan şəxs öldürüldü

Baş səhifə

Ağ Evin yoxlama məntəqəsi yaxınlığında atəş açan şübhəli şəxs ABŞ Gizli Xidmət əməkdaşlarının cavab atəşindən sonra xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Modern.az xəbər verir ki, bu barədə “CNN” Gizli Xidmət sözçüsünə istinadən məlumat yayıb.

Hadisə şənbə günü axşam baş verib. Naməlum hücumçu Ağ Evin yoxlama məntəqəsinə yaxınlaşıb və atəş açmağa başlayıb. Gizli Xidmət əməkdaşları cavab atəşi açaraq hücumçunu yaralayıblar. O, daha sonra xəstəxanada ölüb.

Gizli Xidmət sözçüsü atışma zamanı bir nəfərin yaralandığını və qurumun zabitlərinin xəsarət almadığını deyib.

ABŞ Prezidenti Donald Tramp hadisə zamanı öz iqamətgahında olub və hadisədən təsirlənməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir