
Bakı. Trend:
Paytaxtın Nəsimi rayonunda, “28 May” metro stansiyasının
yaxınlığında yerləşən çoxmərtəbəli yaşayış binasının fasad hissəsi
qoparaq həyətə düşüb.
Trend xəbər
verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə
yayılıb.
Binanın aqlay üzlüyünün yüksək mərtəbədən qopub tökülməsi
nəticəsində bir neçə avtomobilə ciddi ziyan dəyib. Hadisə zamanı
xəsarət alanların olub-olmaması barədə isə hələlik rəsmi məlumat
açıqlanmayıb.

