
Bakı. Trend:
Mayın 25-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin
əksər yerlərində yağıntılı hava davam edir, bəzi yerlərdə
yağıntılar intensiv və güclüdür.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, düşən
yağıntının miqdarı Zərdabda 71, Şəkidə (Kişçay) 69, Oğuzda 40,
Qaxda (Sarıbaş) 30, İsmayıllı, Zaqatalada 29, Balakəndə 24, Göyçay,
Göygöldə 18, Şahbuzda 16, Goranboy, Naxçıvanda 14, Yevlax,
Mingəçevir, Naftalanda 13, Sədərək, Gəncədə 12, Ağdam, Tərtərdə 11,
Kürdəmir, Xaltanda 10, Qobustan, Qəbələdə 9, Bakıda və Abşeron
yarımadasında, eyni zamanda Şamaxıda 8, Şərurda 7, Biləsuvar,
Bərdə, Beyləqan, Xızı, Qrız, Şahdağ, Culfada 6, Cəlilabad,
Sabirabad, Şəmkir, Gədəbəydə 5, Lerik, Lənkəran, Tovuz, Daşkəsəndə
4, Yardımlı, Ağstafa, Xınalıqda 3, Quba, İmişli, Xaçmaz, Astara,
Ordubadda 2, Qusar, Şabran, Neftçala, Kəlbəcər, Laçın, Qubadlı,
Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.
Mayın 24-ü saat 18:00-18:05 radələrində Şəki rayonunun Baş
Zəyzid kəndinə diametri 15-20 mm, rayonun Baş Göynük kəndinə isə
diametri 10-15 mm, saat 19:48-19:53 radələrində Yardımlıya diametri
21-25 mm olan dolu düşüb.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti
Şahdağda 20, Daşkəsəndə 18 m/s-yə çatır.

