“PAŞA Bank” IPO üzrə abunə yazılışının müddətini uzadıb

Baş səhifə

Bakı. Trend:

“PAŞA Bank”ın 13 apreldə elan etdiyi səhmlərin İlkin Kütləvi
Təklifi (Initial Public Offering – IPO) üzrə abunə yazılışı 12 iyun
2026-cı il tarixədək uzadılıb.

Trend xəbər
verir ki, bunu “PAŞA Bank”ın İdarə Heyətinin sədri, Baş İcraçı
direktoru Cavid Quliyev bankın 2025-ci ilin illik maliyyə
nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.




“PAŞA Bankın 13 apreldə elan etdiyi səhmlərin İlkin Kütləvi
Təklifi (Initial Public Offering – IPO) prosesi davam edir. Bank
kapitalının 5%-ni təşkil edən 932,926 ədəd səhm hər birinin qiyməti
55 AZN olmaqla Bakı Fond Birjası vasitəsilə yerləşdirilir. Bu günə
bankın 13 mindən çox unikal investor sayı mövcuddur. Yüksək
investor marağı nəzərə alınaraq abunə yazılışı 12 iyun 2026-cı il
tarixədək uzadılıb”, – sədr qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir