
Bakı. Trend:
Məhəmməd Baqir Qalibaf yenidən İran parlamentinin sədri
seçilib.
Bu barədə Trend
İran mediasına istinadən məlumat verib.
Məlumata görə, bu gün parlamentdə keçirilən səsvermədə Qalibaf
12-ci çağırış parlamentində üçüncü dəfə ardıcıl olaraq səsçoxluğu
ilə sədr seçilib.
Səsvermədə 270-dən çox deputat iştirak edib. İran parlamentinin
285 deputatı var.
Əlavə edək ki, Məhəmməd Baqir Qalibaf 11-ci çağırış
parlamentində də 4 il ardıcıl olaraq sədr seçilib.
Qeyd edək ki, İranda parlament sədri, parlamentin rəyasət
heyətinin üzvləri, müxtəlif komitələrin üzvləri illik olaraq
deputatlar tərəfindən may ayının sonlarında seçilir.
Xatırladaq ki, İran və ABŞ arasında müzakirələrdə İran nümayəndə
heyətinə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf başçılıq
edir.

