Rus bölməsi üzrə məktəb seçimi sabah başa çatır

Baş səhifə

Bakı. Trend:

2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin
birinci siniflərinə şagird qəbulu çərçivəsində rus bölməsi üzrə
prioritet hüququ olan uşaqlar üçün məktəb seçimi 25 iyun 2026-cı il
saat 18:00-da başa çatır.

Trend
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən
xəbər verir ki, prioritetlər üzrə üstünlüyü olmayan uşaqlar üçün
müsabiqəyə qeydiyyatın aparılması da sabah saat 18:00-da başa
çatır.

Prioritet üstünlüyü olmayan uşaqlar üçün müsabiqəyə qeydiyyat
aşağıdakı təhsil müəssisələri üzrə aparılır:

İ.Əfəndiyev adına Elitar gimnaziya;

Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi;




T.Həsənov adına 23 nömrəli tam orta məktəb;

132-134 nömrəli Təhsil Kompleksi;

T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;

“Zəngi” liseyi.

Qeyd edək ki, rus bölməsi üzrə prioritet hüququ olan uşaqlar
üçün məktəb seçimi və prioritet üstünlüyü olmayan uşaqlar üçün
müsabiqəyə qeydiyyat prosesi 17 iyun 2026-cı il saat 11:00-dan
başlamışdı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir