
Bakı. Trend:
25 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə
işgüzar səfərə yola düşüb.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, səfər çərçivəsində, 26 may tarixlərində nazir
Ceyhun Bayramovun Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik
Şurasının (TŞ) “BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin
qorunması və BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi”
mövzusunda yüksək səviyyəli iclasda çıxışı, habelə yüksək səviyyəli
rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

